Səmərəli bir əngəlləyici: yaddaş və prosessor yükünü artırmadığı halda digər məşhur əngəlləyicilərlə müqayisədə minlərlə daha çox filtri dəstəkləyir. Proqramın səmərəliliyinə dair ümumi əyani məlumat: https://github.com/gorhill/uBlock/wiki/uBlock-vs.-ABP:-efficiency-compared İstifadə: Açılan pəncərədəki böyük açar düyməsi uBlock₀-u cari veb-saytda işə salmaq/dayandırmaq üçündür. Bu zaman uBlock₀ bütün veb-saytlarda deyil, yalnız cari veb-saytda işə düşür/dayandırılır. *** Uyuşqan olmaqla yanaşı, uBlock₀ adi reklam əngəlləyicisindən fərqli olaraq domen adlarının olduğu faylları oxuya və yarada bilir. Standart rejimdə aşağıdakı filtr siyahıları yüklənəcək və tətbiq olunacaq: - EasyList - Peter Lowe-dan reklam serverləri siyahısı - EasyPrivacy - Zərərli domenlər Əlavə olaraq aşağıdakı siyahıları da seçə bilərsiniz: - Fanboy-dan izləmə serverlərinin genişləndirilmiş siyahısı - Dan Pollock-dan veb-domenlər faylı - hpHosts reklam və izləmə serverləri siyahısı - MVPS veb-domenləri - Spam404 - Və bir çox başqaları Təbii ki, hər yeni seçilən filtrlər siyahısı yaddaş yükünü də artırır. Buna baxmayaraq, Fanboy-dan iki əlavə siyahı və hpHosts reklam və izləmə serverləri siyahısını seçsəniz belə, uBlock₀ digər məşhur reklam əngəlləyicilərindən fərqli olaraq yaddaşda daha az yer tutur. Həmçinin nəzərə alın ki, əlavə siyahıların bəzisini -- xüsusən tərkibində domen adları olan siyahıları seçdikdə, veb-saytın düzgün yüklənməməsi ehtimalı da artır. *** Əvvəldən quraşdırılmış filtr siyahıları olmadan, uBlock₀ heç bir işə yaramır. Ona görə də, əgər siz həqiqətən bir töfhə vermək istəyirsinizsə, hər kəsin istifadəsinə pulsuz təqdim olunan filtr siyahılarını yorulmadan dəstəkləyən insanlar haqqında düşünün. *** Pulsuz. Ümumi lisenziyalı (GPLv3) açıq mənbə kodu. İstifadəçilər tərəfindən istifadəçilər üçün. Github-a qoşulan iştirakçılarımız: https://github.com/gorhill/uBlock/graphs/contributors Crowdin-ə qoşulan iştirakçılarımız: https://crowdin.net/project/ublock *** It's quite an early version, keep this in mind when you review. Layihəyə edilmiş dəyişikliklərin siyahısı: https://github.com/gorhill/uBlock/releases